Türkiyə bayrağını endirib, PKK simvolunu asdılar

turk-bayragiPKK terror şəbəkəsinin gənclər qolu olan YDG-H qruplaşmasının üzvləri Diyarbəkirin Silvan qəsəbəsindəki xəstəxanaların birində Türkiyə bayrağını götürərək yerinə PKK simvolunu əks etdirən parça asıblar.

Yenicag.az xəbər verir ki,  qruplaşma üzvləri bəzi məhəllərdə xəndək qazaraq, barikkada qurublar. Bundan əlavə, qəsəbəyə daxil olan bütün avtomobillər onlar  tərəfindən yoxlanılır.

Hadisə yerinə gələn polislə, terrorçular arasında ara-sıra atışmalar baş verib. Atışmalarda ölən və yaralanan olmayıb.