Türkiyə bir neçə ölkə ilə uçuşları dayandırır

Türkiyə yeni koronavirus ştammlarının yayılması ilə əlaqədar bir neçə ölkə ilə uçuşlarını dayandırıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, 1 iyul tarixindən etibarən Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri Lanka ilə uçuşlar dayandırılıb.

Qeyd olunub ki, Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal, Şri-Lankadan gələn və son 14 gün ərzində orada olan şəxslərin ölkəyə gəlmədən 72 saat əvvəl mənfi PCR testi nəticəsini təqdim edilməsi tələb olunur. Sonra həmin şəxslər 14 gün karantində qalacaq.