Türkiyənin Mardın şəhərində yola quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində polis avtomobilinin içərisində olan 4 polis həlak olub.
Yenicag.az xəbər verir ki, partlayışı PKK terrorçuları həyata keçirib. Qeyd edək ki, polislər bir müddət əvvəl yandırılan məktəbin ərazisinə gedirdilər. Bu zaman yolda partlayış baş verib.