!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə bu universitetlərimizi qara siyahıya saldı: “Diplomları tanınmayacaq”

!Reklam – Yazi

Türkiyənin Ali Təhsil Qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bildirib ki, əsas səbəb kimi FETÖ ilə əlaqələr göstərilir:

“Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi FETÖ ilə əlaqələr yazılıb”.

Ekspert bildirib ki, yeni qərara əsasən bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək.

Qeyd edək ki, hər üç universitetin FETÖ ilə əlaqələrinin olmasına dair bundan öncə də dəfələrlə fikir bildirilib. Bakı Mühəndislik Universiteti FETÖ-yə bağlı Qafqaz Universitetinin bazasında qurulub. Hər nə qədər Türkiyə vətəndaşı olan müəllimlər göndərilsə də, bu universitetlə bağlı şübhələri dağıtmadı.

Gəncə Texnologiya Universitetinin də FETÖ-yə yaxınlığı ilə seçilən şirkətlərin vasitəsi ilə bölgədə bu qruplaşmanın oylağına çevrildiyinə dair məlumatlar yayılmaqdaydı.

Görünən odur ku, deyilənin əksinə olaraq, qardaş ölkə “Bizdə FETÖ yoxdur” yalanına inanmır və bu yöndə təhlükənin yenidən öz ölkəsinə sıçraması üçün vacib tədbirləri görməkdə tərəddüt etmir.

www.yenicag.az

8197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv