Türkiyədə COVID-19 pandemiyası dönəmində yazılan cərimələr silinəcək.
Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, bu barədə qərar “Rəsmi Gazete”də yayımlanıb.
Qərara əsasən, 11 Mart 2020 – 9 noyabr 2022-ci il tarixləri aralığında aparılan tədqiqatlara görə artıq mövcud qanuna istinadən cərimə yazılmayacaq, yazılmış cərimələr tələb olunmayacaq, alınan cərimələr isə geri qaytarılmayacaq.