!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiye Bursları” azərbaycanlı şəhid övladları üçün xüsusi yerlər ayırdı

!Reklam – Yazi

“Türkiye Bursları” təqaüd proqramında İkinci Qarabağ Savaşında şəhid olanların övladları üçün xüsusi yerlər ayrılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən bildirib.

YTB sədri qeyd edib ki, sözügedən təqaüd proqramının builki qəbul kontingentindən əlavə Vətən Müharibəsi şəhidlərinin övladları üçün xüsusi yerlər ayrılıb:

“Can Azərbaycanın Qarabağ Zəfərində şəhid olan qəhrəmanlarının övladlarına bu il “Türkiye Bursları” daxilində xüsusi yerlər ayırırıq. Türkiyə hər sahədə olduğu kimi təhsil sahəsində də qardaşlarının yanındadır”.

Qeyd edək ki, “Türkiye Bursları” təqaüd proqramına qeydiyyat 10 yanvar – 20 fevral tarixləri aralığında həyata keçiriləcək. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv