Türkiyə çətin seçim qarşısında – Qərbin “Patriot”u, yoxsa Rusiyanın “S-400″ü?

Türkiyənin S-400 zenit-raket kompleksləri alması ətrafındakı mübahisələr səngimək bilmir. NATO hər vasitə ilə Ankaranı bu sazişdən çəkindirməyə çalışır və ona “Patriot” sistemlərini almağı təklif edir.

Yenicag.ru-ya açıqlama verən rusiyalı ekspert Pavel Klaçkov “S-400” komplekslərinin Türkiyə üçün üstünlükləri barədə danışıb.

Ekspert qeyd edib ki, ABŞ-ın Avropanın müdafiə sisteminə dair ayrıca siyasəti var. Bu siyasət Avropa İttifaqı ölkələrinin öz hərbi sənayesini kifayət qədər effektiv inkişaf etdirməsinə imkan vermir:

“NATO daxilində də rəqabət var. Aqressiv ABŞ siyasətinin təzyiqi altında Avropa ölkələrinin hərbi sənayesi inkişaf edə bilməz. Türkiyənin Rusiya ilə “Triumf”ların alışı üzrə hərbi sazişinə görə Vaşinqtonun bu ölkəyə hərtərəfli təzyiqini müşahidə edirik. Lakin türkiyəli ekspertlər yaxşı bilirlər ki, “Patriot” texniki parametrlərinə görə “S-400” komplekslərindən geri qalır. Bundan əlavə bilirik ki, vaxtilə Türkiyə “Patriot”un tədarükü üzrə problem yaşamışdı, türk zabitlər bu komplekslərə yaxın buraxılmırdılar. Aydındır ki, Vaşinqton tərəfdən Ankaraya təzyiq göstərilir və şantaj edilir. Lakin Ankara qarşısında asan seçim şansları var. “S-400” kompleksləri həm daha effektiv, həm də daha sərfəlidir. Belə ki, onun Qərb analoqları parametrlərinə görə geri qalmaqla yanaşı, həm də daha bahadırlar. Bundan əlavə, “Patriot”ları istənilən anda bloklamaq olar, “S-400” komplekslərini idarə etməkdə isə Türkiyə sərbəstdir”.

COP29