Türkiyə COVID-19-a qarşı dərman hazırladı

Türk mühəndislər tərəfindən rekord sürətlə istehsal olunan və dünyaya ixrac olunan yerli süni tənəffüs aparatından sonra daha bir uğur əldə edilib.

Yenicag.az xəbər verir ki, Türkiyə ilk dəfə rəsmi olaraq koronavirusa qarşı sintez dərmanın hazır olduğunu bəyan edib.

Bu barədə ölkənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank bu barədə açıqlama verib.

O, “32 nəfərlik komanda ilə qırx gün kimi qısa bir zamanda yerli və milli olaraq öz sintezimizlə hazırladığımız çox vacib bir dərmanı istehsal etdik”, – deyə açıqlamasında deyib.

Nazir dərmanın lisenziyalaşdırma mərhələsində olduğunu bildirib və bunun onlar üçün həm sevindirici, həm də qürurverici bir hal olduğunu qeyd edib.

Yerli sintez dərman lisenziya verildikdən sonra COVID-19 xəstələrinin müalicəsində istifadə ediləcək. Dərmanın ixrac olunması da planlaşdırılır.