Türkiyə daha bir şəhid verdi

İraqın şimalında PKK terrorçuları ilə türk əsgərləri arasında atışma olub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İraqın Sare Batin bölgəsində PKK-çılara qarşı hərbi əməliyyat keçiririlib. İlkin məlumata görə, əməliyyat zamanı bir əsgər şəhid olub.

Qeyd edək ki, terrorçuların zərərsizləşdirilməsi üçün havadan dəstək tələb olunub.