Türkiyə daha üç şəhid verdi

Türkiyədə 3 əsgər şəhid olub.

Yenicag.az xəbər verir ki, Hakkarinin Güvən Dağı bölgəsində PKK-ya qarşı keçirilən əməliyyat zamanı, terorçular tərəfindən quraşdırılmış partlayıcı qurğu işə düşüb və iki əsgər şəhid olub, 7-si isə yaralanıb, 5 terrorçu məhv edilib.

Ərzurumda da PKK-çı terrorçuların açdığı atəş nəticəsində yaralanan bir hərbçi çatdırıldığı xəstəxanada şəhid olub.

Həmin bölgələrdə əməliyyatın davam etdiyi bildirilir.

Yenicag.az