Türkiyə: “Danimarka nifrət cinayətinin mərkəzi olub”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Danimarkada Türkiyə bayrağına və Qurana hücumu pisləyib.

Yenicag.az xəbər verir ki, partiya sözçüsü Ömər Çelik sözügedən təxribatı qınayıb.

“Danimarka Ramazan ayında anifrət cinayətlərinin mərkəzi olub. Bu hörmətsizliyi təkrarlanmasini lənətləyirik”, – deyə Çelik qeyd edib.