“Gülən məktəbləri” yenidən Türkiyənin gündəmindədir. Dünən Ərdoğan Efiyopiyaya etdiyi ziyarət zamanı bunu bir daha gündəmə daşıdı. Ardınca Davosda çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu Gülən məktəbləri ilə bağlı çox sərt açıqlama verdi.
“Türkiyənin içində ən kiçik mənfi bir işi görən kimi bunu böyüdürlər, yayıyorlar, gündəmə gətirirlər. Türkiyə ilə əlaqədar nə qədər qaralama kampaniyası varsa içində yer alırlar. Yəni təhsil xaricində hər şeyi edən hala gəldilər” deyərək, Gülənin xaricdə qurduğu məktəblərin, o cümlədən şirkətlərin Türk düşmənçiliyi etdiklərini bildirdi.
Bir neçə gün öncə isə Davudoğlu Gülən Şəbəkəsinin Erməni diasporu ilə əlbir hərəkət etdiyini bildirmişdi.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da bu məktəblər Türkiyənin o zamankı rəhbərliyinin məktubları əsasında açılmışdı. Bu məsələ Efiyopiya baş naziri Hailemariam Desalegnin Ərdoğan ilə görüşündə gündəmə gəlib. Efiyopiyanın baş naziri bundan əvvəl olduğu kimi bundan sonra da Türk dövlətinin təqdimat məktubunun onlar üçün mühüm əhəmiyyət daşıyacaq.
Xatırladaq ki, Gülən məktəblərinin gündəmə gəlməsinin səbəbi Türkiyədə etdikləri fırıldaq olub(Bu barədə yazı: https://yenicag.az/?p=59554).
Belə ki, Türkiyədə Gülənin təhsil ocaqları şagird potensialının 50%-ni itirməsi səbəbindən “Paralel Şəbəkə”, sözügedən məktəbləri Gülənlə əlaqəsi hələ də gizli qalan şəxslərin adına sənədləşdirməkdədir. Bununla onlar mövcudiyyətlərini qorumaq və ad dəyişikliyi ilə yeni məktəb olduqları görüntüsü yaratmaq niyyətindədirlər. Lakin ad və təsisçi dəyişsə də, müəllim və “bəllətmən” heyəti dəyişməz olaraq qalır. Eyni ilə, Azərbaycanda “Gülən” məktəblərinin qorunması üçün atdıqları addımlar kimi…
Yenicag.az