!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə dünya güclərinə qarşı: "Kürdlər ABŞ, İsrail və Rusiyanın himayəsindədir" - ORXAN CAMAL  

!Reklam – Yazi

Rusiyalı politoloq Orxan Camal Türkiyə ətrafındakı vəziyyət və Yaxın Şərqdəki problem barədə Yenicag.ru-ya açıqlama verib.

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Suriyadakı kürdlərə qarşı çıxmaq ehtimalından bəhs edən politoloq qeyd edib ki, bu halda Türkiyə kürdlərin himayədarları ilə qarşı-qarşıya gələcək:

“Kürdlər tək deyillər. Kürdlərə qarşı çıxmaq ABŞ-a qarşı çıxmaqdır. Kürdlərin başlıca sponsorları və himayədarları əvvəlcə ABŞ, sonra isə İsrail və Rusiyadır. Odur ki, kürdlərlə münaqişəyə girmək bu üç ölkə ilə münaqişəyə girməyə bərabərdir”.

O. Camalın fikrincə, Türkiyə bu ölkələrlə mübarizə aparmaq gücünə malik deyil. Belə ki, hər üç ölkə ilə Türkiyə münaqişə vəziyyətində olub və hər dəfə də geri çəkilib. Rusiya təyyarəsilə bağlı vəziyyətdə də Türkiyə geri çəkilməli oldu. Eləcə də Obama dövründə Türkiyə ilə ABŞ arasında pozulan münasibətlər Tramp dövründə bərpa olunmağa başlayıb.

Qətər böhranı zamanı Türkiyə və İranın sözügedən ölkəyə dəstək verməsini şərh edən politoloq bildirib ki, Qətərin İrana qarşı münasibəti həmişə Səudiyyə Ərəbistanının sərt mövqeyindən fərqlənib. Qətərlə Səudiyyə Ərəbistanı arasındakı münaqişə isə İranla Qətəri bir-birinə daha da yaxınlaşdırıb.

Türkiyənin dəstəyini isə politoloq ideoloji yaxınlıq və müsəlman qardaşlığı amillərilə izah edib.

Bundan əlavə politoloq hesab edir ki, Türkiyə Qətərin də Səudiyyə Ərəbistanına qarşı olan Rusiya-Türkiyə-İran qruplaşmasına daxil olmasını istəyir:

“Düzdür, Qətər heç bir halda bu ölkələrlə birlikdə Səudiyyə Ərəbistanına qarşı vuruşmayacaq. Lakin Səudiyyə Ərəbistanının düşməni olmaqla Qətər İran, Rusiya və Türkiyə üçün xoşməramlı mövqedədir”.

Bu yaxınlarda baş tutacaq Vladimir Putin və Donald Tramp görüşünü də şərh edən politoloq bu danışıqlardan hər hansı yüksək nəticə gözləmədiyini bildirib:

“Trampın Moskva ilə əlaqələri onun üzərində ağır təzyiq formalaşdırır. Odur ki danışıqlar üçün şans yoxdur. Digər tərəfdən isə Trampın Rusiyaya güzəştə getməsi üçün heç bir əsası yoxdur”.

Yenicag.Az

www.yenicag.az

1406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv