!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyə dünyanın ən çox humanitar yardım göstərən ölkəsidir" - Mövlud Çavuşoğlu

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin dünyada ən çox humanitar yardım göstərən ölkə olmaqla yanaşı, yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə mübarizədə dünyada ən çox tibbi dəstək verən ölkələr arasında üçüncü sırada yer aldığını qeyd edib.

Yenicag.az xəbər verir ki, Nazir M.Çavuşoğlu “Twitter” səhifəsindən “Təşəbbüskar və Humanitar Xarici Siyasət” və “Güclü Türkiyə” etiketləriylə paylaşdığı mesajında Türkiyənin göndərdiyi yardım qutularının üzərində yazılan Hz. Mövlanənin “Ümidsizliyin arxasında necə ümidlər var, qaranlığın arxasında necə günəşlər var” sözlərinə də yer verib.

Kovid-19 epidemiyası ilə mübarizə çərçivəsində maska, kombinezon və sürətli test dəsti kimi müxtəlif tibbi ləvazimatları Türkiyədən digər ölkələrə daşıyan təyyarənin fotoşəkilini da paylaşan Çavuşoğlu “Dünyanın ən çox humanitar yardım göstərən ölkəsi olmağımızla yanaşı, ən çox tibbi dəstək verən üçüncü ölkəsi də Türkiyədir! İndi birlik olmaq zamanıdır”, – deyə vurğulayıb.

Diplomatik mənbələr Çin və ABŞ-dan sonra Türkiyənin epidemiya ilə mübarizə çərçivəsində digər ölkələrə ən çox tibbi dəstək verən üçüncü ölkə olduğunu bildirib.

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv