Türkiyə ərazisi atəşə tutuldu – Ölənlər və yaralananlar var – FOTO

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 4 top mərmisi atılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər yaralanıb, 1-i uşaq olmaqla, 3 nəfər isə həlak olub.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.

COP29