Suriyadan atılan raketlər Türkiyənin Kilis rayonuna düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tel-Rıfat bölgəsindən iki raket Kilisə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşüb və hər hansı ziyan vurmayıb.