Türkiyə ərazisinə iki mərmi atıldı – Suriyadan

Suriyadan Türkiyə ərazisinə iki mərmi atılıb.

Yenicag.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Hatay əyalətinin Yayladağı şəhəri yaxınlığında baş verib. İnsident nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb.

Məlumatda o da bildirilir ki, Türkiyə ordusu mərmilərin buraxıldığı əraziyə cavab zərbəsi endirib.

COP29