!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ərazisinə raket zərbələri endirildi

!Reklam – Yazi

Türkiyənin Kilis əyaləti Suriya ərazisindən raket atəşinə tutulub.

Yenicag.az xəbər verir ki, Kilis şəhərinin mərkəzinə üç raket düşüb. İnsident nəticəsində bir nəfər yüngül xəsarət alıb. Amma bir neçə binaya ciddi ziyan dəyib. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Suriyanın Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb. Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

Bu arada Suriyanın Xarici İşlər Nazirliyi Türkiyənin Afrindəki əməliyyatını pisləyib. Qurum bununla bağlı yaydığı bəyanatda bildirir: “Suriya Ərəb Respublikası ölkənin ayrılmaz hissəsi olan Afrin bölgəsinə qarşı Türkiyənin qəddar təcavüzünü qəti şəkildə pisləyir və onun dərhal dayandırılması üçün beynəlxalq ictimaiyyəti lazımi tədbirlər görməyə çağırır”.

www.yenicag.az

2439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv