!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə Ərdoğanın növbəti hakimiyyəti dönəmində nüvə dövlətinə çevriləcək” – ŞƏRH

!Reklam – Yazi

“Türkiyənin elmi potensialı elə bir səviyyəyə çatıb ki, 2026-cı ildə kosmik dövlətə çevrilmək nəzərdə tutulub”.

Bu fikirləri Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində siyasi rəqiblərin mövcud hazırlıqlarını dəyərlənirən dosent Ənvər Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Türkiyədə milli maraqlara xidmət edən fəaliyyətin məntiqi sonluğa çatdırılması üçün Rəcəb Tayyib Ərdoğanın qələbəsi mühüm şərtdir:

“Etiraf edək ki, AK Partinin 2002-ci ildə hakimiyyətə gəlişindən sonra Türkiyə ilə Rəcəb Tayyib Ərdoğanın adı bir assosiasiya olunur. Özü də tək mən yox, bütün dünya bu fikirləri mübahisəsiz qəbul edir.

Türkiyənin iqtisadi göstəricilərini, ölkənin mədəni, intellektual səviyyəsini, müxtəlif sferalar üzrə vəziyyətini Ərdoğana qədər və onun öz dövrü ilə müqayisə etdikdə, ortaya inkar olunmaz nəticə çıxır.

Qardaş ölkənin müdafiə sənayesinin son illərdə müşahidə olunan ildırım sürətli inkişafı isə bütün türk dünyasının qürur duyacağı məsələdir. Türkiyədə atom fizikasının inkişafı üzrə proqramın qəbulu bunu deməyə əsas verir ki, Türkiyə Ərdoğanın növbəti hakimiyyəti dönəmində nüvə dövlətinə çevriləcək.

Eyni zamanda Türkiyənin elmi potensialı elə bir səviyyəyə çatıb ki, 2026-cı ildə kosmik dövlətə çevrilmək nəzərdə tutulub. Əlbəttə ki, bütün bu işlərə Ərdoğanın təşəbbüsü ilə başlanılıb və onun rəhbərliyi altında yekunlaşdırılıb, yaxud da davam etdirilir.

Seçkilərin birinci turunun nəticələrinə əsasən deyə bilərik ki, Ərdoğanın ikinci turda qalib gələcəyi şübhə doğurmur. Həqiqətən, onun başladığı və hələ yekunlaşdırmadığı çox mühüm işlər var. İnanırıq ki, Ərdoğan yenə seçiləcək və o işləri uğurla tamamlayacaq”.

A.Zeynalov

www.yenicag.az

765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv