Türkiyə ermənilərin qətlə yetirdiyi türkləri andı – FOTO

Bu gün qondarma “erməni soyqırımı” yalanları ilə bağlı “anım” tədbirləri təbliğatına Türkiyə Milli Müdafiə Nazirliyi real faktlarla cavab verib.

Yenicag.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi ermənilərin 1915-ci ildə qətlə yetirdiyi türklərin fotolarını paylaşıb.

“Beynəlxalq və xarici arxivlərə görə, erməni terror təşkilatları 1915-ci ildə yaşı, qadın, çocuq demədən, 1915-ci ildə minlərlə türkü qətlə yetirdi.

Tarixi sənədlərlə bütün gerçəkliklər ortada ikən millətimizə iftira atmaq istəyənləri şiddətlə qınayır, erməni terrorçular tərəfindən qətlə yetirilən türklərə Allahdan rəhmət diləyirik”, – paylaşımda qeyd edilib.