!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Ermənistan sərhədinin açılmasına Azərbaycanın münasibəti – Prezident açıqladı

!Reklam – Yazi

“Biz Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Eyni zamanda, Ermənistanla sərhədlərin bağlı olması əlbəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bağlamışdır, Kəlbəcər işğal altına düşəndən sonra, məhz buna görə. O vaxta qədər Türkiyə ilə Ermənistan arasında sərhədlər açıq idi və Türkiyə Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biri olub. Ermənistanın müstəqilliyinin ilk günlərindən Türkiyə Ermənistanla normal münasibətlər qurmaq fikrində idi. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu, davam edir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib:

“Türkiyə və Azərbaycanı onlar hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik idi. İndi münaqişə başa çatdı, Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Ancaq eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Baxın, müharibədən əvvəl Ermənistanın Prezidenti nə deyirdi? Söyləyirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır, yəni Türkiyəyə ərazi iddiası var. Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər. Bütün dünyaya Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Dırnaqarası soyqırımı müxtəlif ölkələrin parlamentlərində qəbul elətdirirlər. Belə düşmənçilik, siyasət nə qədər davam edə bilər? Onlar, necə deyərlər, ağlını başına yığmalıdır. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır. Biz, əlbəttə ki, yeni vəziyyəti nəzərə alaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da müsbət baxırıq. Bu münasibətlərin normallaşması üçün bizim hər hansı indi bir xüsusi fikrimiz yoxdur”.

Dövlət başçısı bildirib ki, Türkiyə bu sərhədlərin nə vaxt açıla biləcəyini, münasibətlərin nə vaxt normallaşa biləcəyini özü müəyyən edəcək:

“Hər halda Azərbaycan tərəfindən buna hər hansı mənfi fikir bildirilməyəcək. Çünki hesab edirəm ki, bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Baxın, biz indi nədən danışırıq? Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Yəni, Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına təbii ki, ehtiyac qalmır. Əgər koridorlardan bəhs ediriksə, Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Amma bu, təbii ki, Türkiyənin öz qərarından asılıdır. Hər halda bir halda ki, siz məndən bunu soruşursunuz, Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansı bir xüsusi mövqe yoxdur. Bir də ki Türkiyənin xeyrinə nə olacaqsa, bu, bizim də xeyrimizədir”.

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv