Türkiyə əsgərlərini Ermənistana göndərir.
Bu barədə Baş Qərargah rəisinin açıqlamasında məlumat verilib. Ermənistanla heç bir diplomatik əlaqələrinin olmadığı və sərhədlərin bağlı olmasına baxmayaraq, Türkiyə üzvü olduğu beynəlxalq sazişin -Avropa Şərti Silahlı Qüvvələr Anlaşmasının şərtlərinə əsasən belə bir addım atacaq.
Məlumata görə, türk əsgərləri Ermənistanda üç gün -11 -14 oktyabr tarixlərində qalacaq(qafqazinfo).