Türkiyə Ermənistanla sərhəddə əməliyyatlara başladı: “KIRAN-4”

Türkiyə Silahlı Qüvvələri (TSQ) Ermənistan ilə sərhəddə yerləşən Ağrı, Qars və İqdır vilayətlərində PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat “KIRAN-4” adı altında aparılır.

Müdafiə Nazirliyinin başlayan əməliyyatla bağlı yaydığı xəbərdə qeyd olunur ki, əməliyyat həmin ərazilərdə sonuncu terroçu məhv edilənə qədər davam edəcək.