Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Türkiyə əsgər sayını azaltsın” deyən Almaniya öz ordusunu böyüdür

Almaniyada hərbi xərclərin artırılması məsələsi ətrafında mübahisələrin davam etdiyi şəraitdə ölkə ordusunda hərbi və mülki qulluqçuların sayının artırılacağı bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrində şəxsi heyətin sayını azaltmağa çağıran Avropa dövlətləri öz ordularını böyütməkdədirlər. Məlumata görə, Almaniyanın Müdafiə Nazirliyi böyüyən təhdidləri və bəzi səbəbləri əsas götürərək, Ordudakı hərbi və mülki qulluqçuların sayının əhəmiyyətli dərəcədə artırılacağını bəyan edib. Qeyd olunur ki, nəzərdə tutulan dəyişikliklərdən sonra 2013-cü ilə qədər Almaniya ordusunda hərbi qulluqçuların sayı 198 min, mülki personalın sayı isə 61 min nəfərə çatdırılacaq.

Xristian-Demokrat İttifaqının üzvü olan müdafiə naziri Ursula von der Leyenin sözlərinə görə, son dövrlərdə ordudan gözləntiləri artıb. O, bu sırada İŞİD terroru ilə mübarizəni, Mali və Əfqanıstandakı hərbi missiyanı, o cümlədən NATO-nun Baltik ölkələrindəki hərbi planlarını misal göstərib. Nazir bildirib ki, mövcud vəziyyət ordunun gücləndirilməsi məsələsini aktuallaşdırıb.

Qeyd olunur ki, “Soyuq müharibə”nin başa çatmasından sonra Almaniya mərhələli şəkildə öz ordusunun sayını azaldırdı. Qərbi və Şərqi Almaniyanın birləşdirildiyi 1990-cı ildə bu ölkənin əsgər sayı təxminən 585 min idi. Lakin Almaniyanın Müdafiə Nazirliyi 2016-cı ildən etibarən əsgər sayının azaldılması siyasətinin dayandırıldığını bəyan edərək, 7 min hərbçini və 4400 mülki şəxsi orduda xidmətə götürüb.
Orduda kadr tələbatının təmin olunması üçün hərbçilərin xidmət müddətinin uzadılması da nəzərdə tutulur. Bu çərçivədə hərbçilərin ehtiyata daha gec buraxılmaları və peşəkar kadrların işlə təmin olunmaları planlaşdırılır.
Yeniçağ.Az

 

www.yenicag.az

493