Türkiyə əsgər və şirkətlərinə Liviyada ölüm əmri: “Bütün türk hədəfləri düşmən hədəflərdir”

Bütün türk hədəfləri düşmən hədəflərdir.

Yenicag.az xəbər verir ki, bu sözləri “Liviya Beynəlxalq Ordusu” adı verilmiş silahlı qruplaşmanın sözcüsü Əhməd Buzeyd Əl-Mismari deyib.

Qeyd edək ki, silahlı qruplaşmanın lideri Xəlifə Hafter əvvəlcədən barışıq sözü verməsinə baxmayaraq, 4 apreldə Trablus bölgəsini ələ keçirmək üçün supriz döyüş əməliyyatları başladıb. Buna cavab olaraq əks-həmlələr həyata keçirən Beynəlxalq Anlaşma Hökuməti qüvvələri hücumların qarşısını alıb.

Son iki ay ərzində qüvvələrin bir-birinin istehkalmarını dağıtdığı bir vaxta, çərşənbə günü Beynəlxalq Anlaşma Hökuməti qüvvələri LBO-nun əsas istehkamı sayılan Giryan bölgəsini ələ keçirib.

İndi LBO tərəfdarları Giryan vilayətinin itirilməsində Türkiyəni ittiham edir.

LBO sözçüsü bununla bağlı açıqlamasında qeyd edir: “Bizim hava qüvvələrimiz bəyan edir ki, Liviya sularına yaxnlaşacaq istənilən xarici hədəf anında vurulacaq. Quru ordularımıza da xüsusi tapşırıq vermişik. Türklər başda olmaqla bizə əks bütün qüvvələr anında məhv ediləcək. Eyni zamanda, ölkəyə investisiya yatırmış bütün türk şirkətlərinə qarşı sanksiyalar tətbiq ediləcək.

COP29