Türkiyə əsgəri minaya düşərək şəhid oldu

Türkiyə Silahlı Qüvvələrin əsgəri şəhid olub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçi İbrahim Xan “Pençe-Kilit” əməliyyatı bölgəsində terrorçuların basdırdığı minaya düşüb. Əsgər yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.