Türkiyə əsgəri şəhid oldu – FOTO

Bir türk əsgəri “Pəncə-Şimşək” əməliyyatı bölgəsində şəhid olub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd edilib ki, “Pəncə-Şimşək” əməliyyatı bölgəsində terrorçularla yaşanan atışmada iki əsgər yaralanıb. Onlar xəstəxanaya çatdırılsa da, birinin – Məhəmməd Öztürkün həyatını xilas etmək mümkün olmayıb.

Digər əsgərin müalicəsi davam edir.