!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Fransa münasibətində qəzəbli QISQANCLIQ: "Bayraktar TB2"ni radarlar tuta bilmir - ŞƏRH

!Reklam – Yazi

“Fransanın Bayraktar TB2-nin Ukraynada Rusiya D-30 topunu vurmasına qəzəblənməsi Türkiyəyə qısqanclığın göstəricisidir”.

Bunu Ukraynada Türkiyə istehsalı olan Bayraktar TB2-nin Rusiya istehsalı olan D-30 topunu vurması və buna görə Rusiya və Fransanın Türkiyəni hədəfə gətirməsini şərh edən ehtiyatda olan polkovnik, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Ehtiyatda olan polkovnik bildirib ki, Türkiyə müstəqil dövlətdir və kimə istəsə silah sata bilər:

“Türkiyə ilə Ukraynanın yaxın münasibəti var. Hətta Ərdoğanla Putinin görüşü ərəfəsində Türkiyə prezidenti açıq şəkildə dedi ki, Kırımın müstəqilliyini tanımayacaqlar və Kırım Ukraynaya aiddir. Bayraktar TB2 istər Suriyada, istər İraqda, Afrikada o cümlədən də Qarabağ savaşında özünü yaxşı yönündən göstərdi. Türkiyə müstəqil dövlət olaraq istədiyi ölkələrə bu silahı satır və satacaq da. Bayraktar TB2 özünü o qədər müsbət tərəfdən göstərib ki, başqa dövlətlər ona qısqanclıqla yanaşır.

Rusiya radarları Bayraktar TB2-ni tuta bilmir. Bu sübut olunub. Məndə olan məlumata görə, son 20 gündə Bayraktar TB2 Donbas üzərində 6-7 uçuş edib və radarlar onu tuta bilməyib. Buna ruslar çox qısqanclıqla yanaşır. Fransanın qəzəblənməsinə səbəb də Türkiyə-Fransa münasibətləridir. Rusiya radarlarının Bayraktar TB2-ni tuta bilməməsi onları çox narahat edir. Buna görə də qəzəbli çıxışlar etməlidirlər və edirlər də”.

Səxavət Məmməd

www.yenicag.az

1763
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv