Türkiyə Fransaya nota verdi

Fransanın Türkiyədəki səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi Ankaranın etiraz notası təqdim olunub.

Yenicag.az xəbər verir ki, notada PKK terror qruplaşmasının Suriyadakı qolu YPG üzvlərinin Fransaya səfəri, Senatda görüşlər keçirməsi və medalla təltif olunmalarına etiraz bildirilib.

Səfirin diqqətinə çatdırılıb ki, belə addımlar qəbuledilməzdir.

Notada PKK/PYD/YPG-nin Türkiyə və suriyalılara qarşı hücumlar təşkil etdiyi, bölgədə separatçı fəaliyyətlə məşğul olduğu və sabitliyi pozduğu vurğulanıb.