Türkiyə Futbol Federasiyası Azərbaycan xalqına təşəkkür etdi

Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı qurumun rəsmi “Twitter” hesabında paylaşım edilib.

Paylaşımda, “Dost və qardaş ölkə Azərbaycan AVRO-2020 zamanı və Bakıda oynadığımız iki matçda tribunaları qırmızı və ağ rənglərlə dolduraraq mükəmməl qardaşlıq ruhu göstərdi. Azərbaycan xalqına milli komandamızın yanında olduğuna görə minnətdarlığımızı bildiririk”, – deyə qeyd edilib.

Xatırladaq ki, Türkiyə millisi 16 və 20 iyul tarixlərində Uels və İsveçrə ilə A qrupunun matçlarını Bakı Olimpiya Stadionunda keçirib. Qrup sonuncusu olan “ay-ulduzlular” bu gün Bakını tərk edib.