Türkiyə futbolu tarixində ilk – Bunu “Qalatasaray” etdi

Türkiyə Super Liqasının 8-ci turunda “Qalatasaray” “Konyaspor”un qonağı olacaq.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisinin səfər matçı üçün açıqlanan start heyətində 11 legioner futbolçu yer alıb.

Baş məşqçi İqor Tudor start heyətdə heç bir yerli futbolçuya şans verməməklə Türkiyə futbolu tarixində ilkə imza atıb.

“Sarı-qırmızılar” matça bu heyətlə çıxacaq: Muslera, Mariano, Maykon, Denayer, Latovleviçi, Fernando, Fequli, Rodriges, Ndiaye, Belhanda, Qomis.

COP29