Türkiyə futbolunda bu da oldu: Klub prezidenti oyunu yarıda dayandırdı

Türkiyə Super Liqasının XVII həfətəsində oynanılan “İstanbulspor”-“Trabzonspor” matçı yarımçıq qalıb.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi ikinci hissədə oyunu tərk edib.

Buna səbəb istanbulluların oyunun 67-ci dəqiqəsində cərimə zərbəsi gözləntisi olub.

Hakim həmin epizoda davam işarəsi verib. Həmin epizodun ardınca “Trabzonspor”un qol vurması (2-1) gözlənilməz hadisənin yaşanmasına səbəb olub.

İstanbul təmsilçisinin prezidenti 74-cü dəqiqədə oyunçulara stadionu tərk etmək barədə göstəriş verib.