Türkiyə gəmisinə raketlə hücum edildi – İDDİA

Yəməndən buğda daşıyan Türkiyə bayrağı altında üzən gəmidə partlayış baş verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, “İncə İnəbolu” adlı gəminin raketlə vurulduğu iddia olunur. Husilərin nəzarətində olan Salif limanında baş verən partlayış gəmiyə ciddi maddi ziyan vurub. Hadisə zamanı gəminin kapitanı Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya güclərindən kömək istəyib.

 

50 min ton rus buğdası ilə yüklü olan gəminin gövdəsində deşik yaranıb.

COP29