Türkiyə Gəncəyə yeni Baş konsul təyin etdi

Türkiyə Gəncəyə yeni Baş konsul təyin edib.

Yenicag.az xəbər verir ki, müvafiq qərarla bu vəzifəyə Rəcəb Öztop təyinat alıb.

Diplomat vəzifəsinin icrasına 2023-cü il yanvarın 1-də başlayacaq.

Qeyd edək ki, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkün səlahiyyət müddəti dekabrın 20-də başa çatıb./Report/