Ads by Google

hightechnic
Ads by Google

wehh

“Türkiyə regionda mövcud olduğunu göstərəcək və geri addım atmayacaq.”

AzVision.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, rəsmi Ankara Vaşinqtonun Suriyanın Raqqa şəhərinin terrorçulardan azad edilməsi ilə bağlı təklifini qəbul etməyə hazırdır:

“ABŞ prezidenti Barak Obama Türkiyə ilə birlikdə Raqqa şəhərinin azad edilməsini istədiklərini bildirib. Bunula bağlı heç bir problem yoxdur. Təklif etdik ki, hərbçilərimiz bir araya gələrək bu məsələni müzakirə etsinlər. Çünki, İŞİD-in əsas mərkəzi Raqqa şəhəridir”

Qeyd edək ki, İŞİD Raqqa şəhərini “paytaxt” elan edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."