Türkiyə gözyaşları ilə şəhidlərini yola saldı – Fotolar

Xəbər verdiyimiz kimi, dünən Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Qəzaya səbəb helikopterin havaya qalxdıqdan sonra elektrik naqillərinə ilişməsi olub. Bu zaman helikopter sürətlə yerə çırpılıb. Çıxan yanğın nəticəsində helikopterdə olan 13 hərbçi yanaraq ölüb.

Yenicag.az xarici KİV-ə istinadən bildirir ki, bu gün şəhidlərin vida mərasimi keçirilib. Mərasimdə Türkiyənin müdafiə naziri Fikri İşık, Baş nazirin müavini Mehmet Şimşək, daxili işlər naziri Süleyman Soylu və generallar iştirak edib. Daha sonra şəhid hərbçilər torpağa tapşırılıb.

Yenicag.az