!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə “Gülən məktəbləri” üçün hüquqi hücuma başladı

!Reklam – Yazi

page_erdogan-gulen-tartismasinda-kavgada-bile-soylenmeyecek-sozler_667770667Türkiyə prezidenti Ərdoğanın, “Gülən məktəbləri bağlansın” təlimatından sonra adı çəkilən ölkənin Milli Təhsil Nazirliyi dərhal hərəkətə keçib.

Paralel Şəbəkənin Türkiyə xaricində 160 ölkədə fəaliyyət göstərən məktəblərinin bağlanılması, Milli Təhsil Nazirliyinə təhvil verilməsi və ya bu məktəblərin yerinə başqa məktəblərin qurulması ilə bağlı təklfilər paketi hazırlandı. Təhsil Naziri Nabi Avcı tərəfindən dünən Nazirlər Kabinetinə təqdim edilən təkliflər paketinin, fevral ayında tamamlanması və qanun halına salınması planlaşdırılır.

Milli Təhsil Nazirliyinin hazırladığı təkliflər paketində ilk təklif, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) bənzər bir təşkilatın qurulmasıdır. “Beynəlxalq Təhsil Agentliyi Başqanlığı” adını daşıyacaq agentlik, dünyanın hər yerində təşkilatlanan müstəqil qurum olacaq. Agentlik, xaricə tələbə aparıb, xarici şagirdləri Türkiyəyə gətirəcək. Xaricdəki məktəblərin tədris planını Türkiyə Milli Təhsil Nazirliyi hazırlayacaq.

Bu barədə digər təklif isə bu iş üçün agentlik yerinə bir vəqf qurulmasıdır. Prezident Tayyib Ərdoğanın da vəqf fikrinə müsbət yanaşdığı bildirilir.

Camaat məktəblərinin xüsusilə Afrika və Asiya ölkələrində Türk səfirlikləri vasitəsilə sənəd aldıqlarını nəzərə alarsaq, bu vəqfə satılmayan və ya bağışlanmayan məktəblərin lisenziyaları ləğv ediləcək.

Qeyd edək ki, Türkiyə Təhsil Nazirliyinin Gülən məktəblərinin Azərbaycanda etdikləri kimi əsas Heyətdə heç bir dəyişiklik etmədən başqa şəxslərin adı ilə fəaliyyət göstərdiklərini ifşa etməsi ilə bu məktəblər yenidən gündəmə gəlib. Xatırladaq ki, Azərbaycanda faktiki olaraq, Gülən məktəbləri bağlansa və məktəblər başqa bir məktəbə bağlı qalsa da, həmin rəhbərlik və kollektiv dəyişməyib. Yenə də Gülənin Azərbaycandakı “təhsil” imamları Ənvər Özərən, Məsud Kurnaz, Əhməd Sanıc üçlüsü o məktəbləri pərdəarxasından idarə edirlər. Xalik Məmmədovun yardımı ilə Qafqaz Universitetindən beyin mərkəzi kimi istifadə edən qrup Azərbaycandakı havadarlarının sayəsində bağlanan hazırlıq kurslarının yerinə də onlarla kurs açaraq, fəaliyyətlərini davam etdirirlər.

Yenicag.az

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv