!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Gülənlə bağlı Bakıya yeni sənədlər göndərdi

!Reklam – Yazi

8848ds1475837052Türkiyə Ali Məhkəməsi fətullahçılara qarşı cinayət işləri aparan Azərbaycana çox mühüm sənədlər göndərib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, sənədlərdə Fətullah Gülənin “Hizmət” təşkilatının TANAP kimi enerji layihələrini necə hədəf almasını göstərən Milli İstihbarat Təşkilatının (MİT) hesabatı var.

Azərbaycan Baş Prokurorluğuna göndərilən həmin hesabatda fətullahçıların türk dövlətlərində necə təşkilatlandığı və Azərbaycanın bu terror təşkilatı üçün ən kritik mövqe daşıdığı yazılıb.

MİT hesabatında fətullahçıların Azərbaycanda və digər ölkələrdə enerji layihələrini necə yönləndirməyə çalışması göstərilib.

Ötən günlərdə Baş Prokurorluğa göndərilən sənədlərdə FETÖ-nün Azərbaycanda təhsil quruluşu üzrə azı 28 təşkilatlanmasının olduğu vurğulanıb.

Sənədlərdə FETÖ üzvü olduğu üçün haqlarında axtarış qərarı çıxarılan və Türkiyəyə ekstradisiyası tələb edilən FETÖ-çülərin siyahısı da var.

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv