Türkiyə “hava-hava” raketini uğurla sınaqdan keçirdi – VİDEO

Türkiyə “hava-hava” raketini uğurla sınaqdan keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter səhifəsində yazıb.

“Türkiyə “hava-hava” raket texnologiyasına sahib azsaylı ölkələrdən biri olmağı bacardı. Gənc texnoloqlarımız və mühəndislərimizin GÖKTUĞ layihəsi çərçivəsində inkişaf etdirdikləri “hava-hava” raketimiz BOZDOĞAN ilk atəşdə hədəfi tam vurdu”, – deyə, Ərdoğan bildirib.