!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə Hava Yollarından gözlənilməz qərar: "Çelsi"yə sponsorluq edəcək

!Reklam – Yazi

Türkiyə Hava Yolları Ingiltərənin futbol nəhəngi “Çelsi”yə sponsorluq edəcək.

Yenicag.az xəbər verir ki, yaxın müddətdə Türkiyə Hava Yolları ilə klub arasında müqavilə imzalanacaq.

Yayılan məlumatlara görə tərəflər artıq razılaşıb. Türkiyə Hava Yolları klubunu səfərləri zamanı daşımağl öhdəsinə götürüb. Bunun əvəzində ev oyunları zamanı THY-nın reklamı “Stamford Bridge”də yayımlanacaq.

THY bununla Uzaq Şərqdən olan “Çelsi” fanatlarını əldə etməyi məqsədləyir.

Qeyd edək ki, Ingiltərə nəhəngi hazırda Ingiltərə liqasında 4-cü yerdə qərarlaşıb. Klub 6 dəfə Ingiltərə çempionu olmaqla yanaşı, iki dəfə “UEFA superkuboku”nda, bir dəfə “UEFA Çempionlar Liqa”sında, bir dəfə isə “UEFA Avroliqası”nda qalib olub.

THY bundan əvvəl “Barselona”, “Mançester Yunayted”, “Borussiya Dortmurd” kimi klublara sponsorluq edib.

www.yenicag.az

3104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv