Türkiyə həbsxanalarında nə qədər İŞİD-çi var? – Ərdoğan açıqladı

“Türkiyə həbsxanalarında 1149 nəfər İŞİD-çi saxlanılır”.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib.

“İndiyə kimi Türkiyəyə girişi qadağan edilən İŞİD-çilərin sayı 76 min nəfərdir. 7550 İŞİD-çi isə Türkiyədən deportasiya edilib”, – deyə Türkiyə Prezidenti qeyd edib.