Türkiyə Suriyanın Hələb şəhərindən qaçqın düşmüş 80 min sakin üçün çadır düşərgəsi qurur.
Yenicag.az “APA”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin müavini Mehmet Şimşək bildirib.
“Ən çox qaçqın qəbul etmiş Türkiyə Suriyanın Hələb şəhərindən qaçqın düşmüş 80 min sakin üçün çadır düşərgəsi qurur”, – deyə Şimşək “Twitter” səhifəsində bildirib.
Advertising 15
Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Suriya hökumətinin şərqi Hələb üzərində nəzarəti tam bərpa etdiyini bildirib. O, həmçinin silahlıların şəhərdən çıxmasına dair razılaşmanın əldə olunduğunu təsdiqləyib.
Yenicag.az