Türkiyə helikopteri qəzaya uğradı: 1 hərbçi şəhid oldu

Şimali İraqda – Pəncə-Kilid Əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter sərt eniş edərək qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində Türkiyə Ordusunun çavuşu Ümit Kesti şəhid olub.

Məlumata görə, hadisə ötən gün baş verib. Bildirilib ki, dünəndən bəri hərbçinin nəşinin axtarışları davam edib./Report/