Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının 10 üzvünü öldürüb.
Yenicag.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, İraqın şimalında “Pence-kilit” əməliyyat bölgəsində təsbit edilən 6 terrorçu, Suriyanın şimalında “Fırat kalkanı” və “Zeytun budağı” bölgələrində isə müəyyən edilmiş 4 PKK/YPG üzvü öldürülüb.