Türkiyə hərbçiləri PKK-nın 5 terrorçusunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Barış Pınarı” əməliyyat bölgələrində PKK/YPG-nin təsbit edilən 5 terrorçusunu zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorçular üçün qaçacaq yer yoxdur, heç bir yer onlar üçün təhlükəsiz olmayacaq”, – Milli Müdafiə Nazirliyi tviterdə qeyd edib.