Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak vilayətinin Silopi rayonu ərazisində fəaliyyət göstərən yoxlama məntəqəsi PKK terrorçularının hücumuna məruz qalıb.
Yenicag.az xəbər verir ki, terrorçular minomyot və avtomat silahlarla məntəqəni atəşə tutublar. Nəticədə iki hərbçi yaralanıb. Hücum edən terrorçuların yaxalanması üçün bölgədə antiterror əməliyyatı başlanıb./AZƏRTAC/