Türkiyə hərbçiləri Suriyada İŞİD-in 46 silahlısını zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı”) antiterror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 46 silahlısını məhv edib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilib ki, havadan endirilən zərbələr nəticəsində terrorçuların Əl-Bab, Bzagah və Kabbasin rayonlarının cənubunda İŞİD-in 21 istehkamı və sığınacaq yeri dağıdılıb.

Məlumata görə, hərəkat başlayandan bu günədək Suriyada 227 yaşayış mntəqəsi və ya min 875 kv km ərazi terrorçulardan təmizlənib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Yeniçağ.Az

COP29