Türkiyə hərbçiləri Zəfər paradında keçid edib – VİDEO

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında Türkiyə hərbçiləri də iştirak edir.

Yenicag.az xəbər verir ki, qardaş ölkənin Silahlı Qüvvələrinin hərbçilərindən ibarət heyət tribuna önünüdən keçib.

Azadlıq meydanında keçirilən paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.