Türkiyə Hərbi Dəniz Qüvvələri Novorossiysk hərbi dəniz bazasına daxil oldu

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Novorossiysk hərbi dəniz bazasına daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Qara dəniz Donanmasının mətbuat xidmətində məlumat verilib.

“Burqazada” adlı ən müasir korvet və “Akçay” mina-tral gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığı tərəfindən həyata keçirilən “Qolubaya otçizna-2019” hərbi dəniz təlimləri çərçivəsində Novorossiysk limanına daxil olub.

Donanmada daha sonra bildiriblər ki, şəhər administrasiyasının nümayəndələri və Novorossiysk bazasının komandiri Türkiyə gəmilərinə baş çəkməyi planlaşdırırlar. Türkiyə gəmiləri bu bazada martın 8-dək qalacaq./AZƏRTAC /