Türkiyə Hərbi Hava Qüvvələrindən uğurlu əməliyyat: 7 terrorçu zərərsizləşdirildi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında uğurlu əməliyyat keçirib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, THHQ-nə aid təyyarələr Metina bölgəsində PKK terror qruplaşmasının mövqelərinə zərbələr endirib.

7 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları da məhv edilib.